Hər kəs Putinin istefasın tələb edir

 

Rusiyada etiraz dalğası başladı və 40 şəhərdə xalq ayağa qalxdı. Etirazçılar müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılmasını və Putinin istefasını tələb edirlər. Ordu paytaxt Moskva, Sankt -Peterburq və.bir çox şəhərlərə yeridilib.

Yaxşı olar ki, Rusiya Qarabağda sülhməramlıları geri çağıraraq, öz ölkəsində sabitliyi qorusun. Hərçənd ki, “Rus ayısı”nın prinsipi heç vaxt sülh yaratmaq olmayıb, daim iğtişaş törədərək işğal etmək və mümkün dərəcədə dincliyi pozub, qonşu ölkələri müharibəyə və vassallığa düçar etmək olub. Artıq Rusiya öz ölkəsində yerli xalqın qarşısında tab gətirə bilməyərək, kütlənin qarşısını ala bilmir. Xalq Putinin yeritdiyi siyasətdən bezərək, küçələrə axın edir. Yerli polis onların qarşısında acizdir.

Bu durumun davam edəcəyi təqdirdə, Putin orduya kütləni qanla yatırtmağı əmr edəcəkdir. Belə olduğu halda, qəzəbli xalq Putini taxdan aşırdacaqdır. Artıq 2500-ə yaxın həbslər olduğunu bildirirlər. Bəzi məlumatlara görə, həbs edilənlərin sayı 10.000 nəfəri keçmişdir. Amerika, Almaniya, Fransa və s. kimi ölkələr Rusiyadan muxalifət liderini Aleksey Navalnının qeyri-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

Rəşad Şıxəliyev.

Bunu paylaş: