Hər bir Azərbaycan vətəndaşının “1000 dollar” borcu var

 

Beynəlxalq reytinq (S&P Global Ratings) agentliyi dünya ölkələrinin 2021 – ci ildə olan xarici borclarının siyahısını paylaşmışdır. Bu siyahıda Azərbaycan da yer almışdır. “S&P” agentliyinin proqnozuna əsasən bu il, pandemiya ilə əlaqədar ölkəmizin xarici borcunun təxminən 5 faizə kimi artacağı gözlənilir. Ölkəmizin xarici borcu təxminən 10 milyard dollardır. Azərbaycanın xarici borcunun əsas qismi Beynəlxalq Maliyyə qurumlarının payına düşdüyü bildirilir. Yəni, Azərbaycanın illərdir götürdüyü faizli kreditlər nəzərdə tutulur.


Niyə ölkəmiz xarici borcla yüklənir və buna ehtiyac varmı?
Bir müddət əvvəl araşdırmalarımızdan gördünüz ki, Azərbaycanın illik gəlirləri 50 milyarddan yuxarıdır. Lakin İlham Əliyev və ətrafı illərdir Azərbaycan büdcəsini 20 və 28 milyard manat arası, Milli Məclisə təqdim edir. Yerdə qalan gəlirlərin yarısının isə hara getdiyini hər kəs bilir.


İkinci tərəfdən baxsaq görəcəyik ki, ölkənin gəlirləri artıqlaması ilə olsa da, xalqın üstünə borc yığılmaqdadır. İlham Əliyevin bu daxili borc siyasəti sırf xalqın kimlərdənsə asılı vəziyyətdə olmasına xidmət edir. Bu onu göstərir ki, borclu xalqı asılı vəziyyətdə idarə etmək daha asand olur. Bununla da böyük sərvətə malik xalq İlham Əliyev hakimiyyətinin siyasəti nəticəsində xəbərsiz borclanır.

Mikayıl Əsədov.

 

Bunu paylaş: