Həqiqət Günəş kimidir, heç nəylə gizlədilməz!

 

Bir həqiqət də budur ki, ermənilər də, biz də boynuna “Qarabağ boyunduruğu” keçirilmiş girovlarıq. Rusiyanın və onun ölkələrimizdə dayağı olan siyasi qüvvələrin girovu.

Bir fərqimiz var – Ermənistanda hakimiyyət səviyyəsində xalqı bundan xilas etməyə can atanlar var, bizdə isə əksinə, boyunduruqlu girov xalqı üstəlik minib çapırlar.

Ermənilər onu xilas etmək istəyənə arxa durur, bizsə üzdə riya dolu təbəssümlə halımızdan razı kimi görünürük.

Bilirəm, bunu etiraf etmək ağırdı, çox ağır.

Amma həqiqət doğrudan da Günəşə bənzəyir, üzünü heç nə örtə bilməyən bax o Günəşə…

Vahid Qazi

Bunu paylaş: