Həmyerlilərimiz mühasirədə, səfir isə öz kefində

Ukraynada baş verən müharibə və onun fəsadları ölkəmizə də təsirsiz ötüşmədi. Bu döyüşlərdə Azərbaycan vətəndaşları və azərbaycanlılar müharibənin amansızlığına qurban getdilər. Bəzi həmyerlilərimiz isə, döyüşlərin getdiyi yerlərdə köməksiz, ac – susuz vəziyyətdə hələ də qalmaqdadır. Aldığımız məlumata görə hələ də təxminən 30 nəfərə yaxın azərbaycanlı mühasirədə və yaxud çıxılmaz yerlərdədir.

Müharibənin ilk günlərindən rusların Kiyevə hücumu nəticəsində bir çox diplomatik nümayəndəliklər, səfirlər Ukraynanı tərk etmək məcburiyyətində qaldılar. Qəhrəman Ukrayna ordusunun şücaəti nəticəsində bir neçə günə işğalçı Rusiya Kiyev və onun ətrafında məğlubiyyətə uğradı.

Vəziyyət stabilləşəndən sonra demək olar ki, bütün səfirlər və nümayələri geri qayıtdı. Lakin Azərbaycanın Ukraynadakı səfiri Elmira Axudovadan başqa. Daha sonra verilən məlumata görə, Elmira Axundovanın Bakıda oturaraq “distant” yəni uzaqdan idarəetmə sisteminə keçdiyi qeyd edildi.
Görünür, çıxılmaz vəziyyətdə qalan həmvətənlərimiz heç kimə lazım deyildir.

Bir neçə gün bundan əvvəl Azərbaycanın Ukraynadakı səfiri Elmira Axudova xalq artisti Brilyant Dadaşovanın konsertində görüntüləndi. Burda heç bir qəbahət yoxdur, bizlərin sualı başqadır.
Sualımız budur ki, görünür, Azərbaycan hakimiyyətini Ukraynadakı çıxılmaz vəziyyətdə olan vətəndaşlarımız maraqlandırmır.
Bu səbəbdən də, Ukraynadakı səfirimiz diplomatik əlaqələr qurmaq əvəzinə öz kefindədir. Bu mənzərədən sonra bizləri bir daha bizdən olmayanların idarə etdiyi sübut olundu.
Sonda, rus kökənli Elmira Axudovaya milləti xilas etmək yox, hansısa konsertin vacib olduğunu bir daha gördük.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın