Hələlik Ukraynada Rusiyadan ehtiyatlanmaq lazımdır

Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti 4 aydan çoxdur ki, davam edir. Müharibənin gedişatına fikir versək görərik ki, hər iki tərəfdə elə də uğurlu nəticələr yoxdur. Rusiya sürətli işğalla daha tez yeni ərazilər zəbt etmək istəsə də, bunun qarşısını Ukrayna ordusu məharətlə alır və Putinin planlarını gecikdirir.
Qərb isə öz növbəsində müharibənin uzanmasını istəyir.
Müharibə uzandıqca Ukrayna daha çox Qərbdən asılı olur, Rusiya isə ekonomik zərbə görür. Qərb taktikası bu müharibədə bir güllə ilə iki dovşan vurmaqdır ki, onu da məharətlə bacarır.

Son 4 ayda müharibənin başlamasına digər rakursdan baxsaq, daha yaxşı olardı.
Əslində Rusiya da Qərbin çaldığı müsiqi ilə oynayır. Putin sanki Avropa və Amerika ölkələrindən maliyyə yardımının dayanmasını gözləyir. Görünür, işğalçı ordu yaşayış yerlərini bu səbəbdən atəşə tutur. Putin Ukrayna şəhərlərini bilərəkdən dağıdır ki, Zelenski Co Baydendən daha çox pul tələb etsin. Artıq ümumilikdə saysaq, Ukraynaya 500 milyarda yaxın yardım edilmişdir.

Böyük Britaniyanın “Mi6” kəşfiyyatı Putinin ordusunun gücünün tükəndiyini deyir. Lakin onlar Rusiya imperatorunun necə hiyləgər olduğunu unudurlar.
Fikir versək Rusiyanın bu müharibədə əsas taktikası, uzaq və yaxın mənzilli dağıdıcı gücə malik raketlərdən istifadə etməkdir. Kreml sanki böyük müharibənin qarşıda olduğunu bilir və bu səbəbdən tam gücü ilə hücum etmir.

Beləliklə, Ukrayna Rusiya müharibəsindən 4 ay sonra elə də bir şeyin dəyişmədiyini görürük. Sanki Qərb və Rusiya bir birinin atacağı addımları gözləməkdədir,
Sonda əlavə edək ki, Putin Qərblə uzun müddətli müharibə aparmaq gücündə deyil. Geci tezi bu müharibədə nüvə silahından istifadə olunacağı gözlənilir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın