Həftədə 4 iş günü olacaq: Rusiya iqtisadiyyatı çökür

Rusiya Dövlət Dumasında həftədə 4 iş günü məsələsi müzakirə olunacaqdır. Rusiyalı deputat Yaroslav Nilov qed edib ki, son vaxtlar pandemiya ilə əlaqədar sahibkarlara ağırlıq düşməsin deyə, bu məsələnin dövlət Dumasında müzakirəyə salındığını bildirmişdir.

Deputatın sözlərinə görə pandemiya və dünyada tətbiq edilən robot sistemləri işçi qüvvələrinin azalmasına gətirib çıxarmışdır. Rusiya rəsmisi üç gün tətil, 4 gün iş gününə keçməsinin səbəblərini bu kimi problemlər olduğunu qeyd etdi.

Görünür, Yaroslav Nilovun iş cədvəlinin azalmasının əsl səbəbi, Rusiyanın işğalçılıq siyasəti üzündən ona tətbiq edilən sanksiyalardır. Ukraynaya işğalçəlıq siyasəti yürütdüyündən, sanksiyalar Rusiya iqtisadiyyatını çökdürməyə başlamışdır. Vəziyyət getdikcə ağırlaşır, Putin Rusiyanın çıxış yolu kimi tətillərin artırılmasını görür. Şimal qonşularımıza daha bir zərbə isə, sanksiyalar üzündən özəl sahibkarların ölkəni tərk etməsidir.

Rusiyanın iqtisadiyyatının 50 faizdən çoxunu özəl sektor təşkil edir. Sanksiyalar üzündən isə, özəl sektorun sahibkarları ölkəni bir – birinin ardınca tərk edir. Görünür, Qərbin sanksiyaları Rusiyanı çökdürməyə doğru aparır. Dövlət və özəl sektorlar ciddi zərər görməkdədirlər.
Rusiya Dövlət Duması da bu gerçəkliyi xalqa söyləməyə qorxur.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın