Həcc savabı üstündür, yoxsa…?

 

Artıq 2 ilə yaxındır Covid-19 ilə mübarizə aparan vətəndaşlar, pandemiyanın törətmiş olduğu fəsadlara görə, özünə gələ bilmir. Kasıb təbəqəni nəzərdə tutuaraq söyləyirəm ki, ölkəmizdə nə olur, hamısından xalq əziyyət çəkir. Aldığımız məlumata görə, virusla əlaqədar “Həccə” getmək də mümkün olmayacaqdır. “Hər işdə bir xeyir var”,- burda deyirlər. Fikrimcə, zəvvarların “Həccə” getməməyi daha çox savab olardı. Məlum məsələyə görə, ölkəni tərk etmək mümkün olmadığı üçün təklif edərdim ki, “Məkkəyə” yollanmaq istəyən zəvvarlar, ərəblərə verəcəkləri xeyiri burda, bizim şəhid və qazi ailələrinə yardım etsinlər.

Həccə gedib ziyarət edərək savab qazanmaq istəyənlərə, bildirmək istərdik ki, ehtiyacı olanlara köməklik etsinlər. Həccə getmədən də gözəl savab qazansınlar. Ərəblərin “Həcc” dönəmində yığdıqları vəsaiti sonradan öz eyş-işrətinə xərclədiklərini hər kəs bilir. Bizlər də illərlə yığdıqlarımızı Vətən uğrunda canından keçənlərin ailələrinə ənam etsək, savab olardı.Bu işlə həm Allah qarşısında borcumuzu yerinə yetirmiş, həm də neçə-neçə ailələri sevindirmiş olardıq.

Digər tərəfdən isə deyə bilərik ki, pandemiya Allahşükür Paşazadənin “həcc” biznesinə böyük ziyan vurmuşdur. Bütün həcc ziyarət turları hamısı bu şəxsin əli ilə icra edilməkdədir.

Mövzunun dərinliyinə getmək istəmirəm, lakin çox sadə və qısaca bildirmək istərdim ki, ümumiyyətlə, ərəb tayfalarına maddi baxımdan heç bir köməklik etməyə dəyməz. Turist kimi ölkələrini belə gəzməyə dəyməz. Çünki ölkəmizdə qorunan nadir quşlara qarşı amansız davranan bu ərəb tayfalar, ölkəmizi öz məmləkətlərində “əxlaqsız” kimi təqdim edirlər. Hakim dairələr isə buna göz yumur, üstəlik gəlişlərinə belə təzim edirlər.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: