Həbs olunan hansı məmur kasıbdır?

 

Həbs olunan məmurların hansı biri kasıbdır? Əlbəttə ki, heç biri. Kimisi büdcə talayır, kimisi xalqın cibini. Varının-dövlətinin qalınlığını balta vursan, kəsməz. Qanun qarşısına çıxan biznesini bəhanə gətirərək, canını ucuz qurtarmaq istəyir. Onlardan biri də KİVDF-nin eks – icraçı direktoru Vüqar Səfərli dir. Verdiyi məlumatda adına təxmini 5 mln manata yaxın pulun olduğunu qeyd edib.O bu vəsaiti devalivasiyadan öncə qazandığını bildirib. Qəribədir ki, verdiyi ifadədə qazanc manatla olsa da, bankda saxladığı müddətdə dollar olub. Dostlarının sayəsində devalivasiya olacağını öyrənən Vüqar Səfərli, bütün pul vəsaitini dollar olaraq bankdan çıxarıb.

Keçmiş icraçı direktor bank faiz göstəricisinin aşağı olduğunu bildirərək, pulları bankdan çıxardıqdan sonra, manat şəklində devalivasiyadan sonra yenidən banka yerləşdirib. Yenə sual yaranır: faiz dərəcəsi aşağıdırsa, Vüqar Səfərli niyə yenidən həmin banka azn-lə vəsaiti yatırdıb? Xeyr, Vüqar Səfərli, sizin bu ifadələriniz sizə haqq qazandırmır. Fırıldaq baş tutmadı. Sizin bu absurd nağıllar, dünyanın heç bir ədalətli ölkəsində məhkəmə prosesində keçərli olmazdı. Təbii ki, Azərbaycanda ədalətli məhkəmə sistemi olsaydı, haqqı deyənlər qazamatda deyil, azadlıqda olardı. Ümumiyyətlə, Vüqar Səfərlinin 30 milyon manat vəsaiti mənimsədiyi üçün göz altına alındığı qeyd olunur.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın