H.Əliyev bu şəhəri ermənilərə sata bilmədiyinə görə qisas alırdı

Sizə Nizami yurdundan-qədim Gəncədən danışmaq istəyirəm. Onun əvvəlki vəziyyəti çoxlarına məlumdur.Ta ki, 93-cü il dövlət çevrilişinə qədər. Sonra birdən -birə Gəncə və ətraf rayonlara təbii qazın verilməsi dayandırıldı, işıq gündə fasılələrlə 2 saat verildi.Bunun nəticəsində Alüminium zavodu, toxuculuq və xalçaçılıq fabrikləri, yağ-piy kombinatı, pambıqtəmizləmə zavodları bir-bir işini dayandırdı.Əhali müflsləşib başqa ölkələrə üz tutdu, əvəzində isə sürətlə Bəylər Eyyubovun kürd əsilli qohumları burda məskunlaşmağa başladılar. Səbəb- bəlkə H.Əliyev bu şəhəri ermənilərə sata bilmədiyinə görə yanıqlı idi?!
Gəncə yavaş-yavaş əyalət şəhərinə çevrilirdi. H.Əliyev öldükdən sonra əl-qolu açılan Mehriban Əliyeva E.Vəlyevi icra başçısı təyin etdi.İnsafla demək lazımdır ki, o, şəhərin strukturunu dəyişə bildi, lakin təbiətən əxlaqsız olan Elmar Bəylərlə qohum olandan sonra daha da azğınlaşdı- “Bakıda Əliyevlər, Gəncədə Vəliyevlər” deyib özünü padşah sandı. Ona qarşı sui-qəsd isə günahsız gəncəlilərə baha başa gəldi. Yeni başçı isə heç nə eləməsə də, yaxşı rüşvət yığa bilir. Şəhərin küçələri bərbad haldadır, indi də rayonları birləşdirmək məsələsi atıblar ortaya. “İşləyirlər” də “kişilər”.

 

Bunu paylaş: