Hüquq məhkəmə sistemimiz

 

Hal-hazırda Azərbaycanda məhkəmələr tərəfindən çıxarılmış, lakin icra olunmamış yüz mindən artıq məhkəmə qərarı mövcuddur. İcra olunmayan məhkəmə qərarı əhəmiyyətsiz kağız parçasıdır. İllərlə məhkəmə qapılarnda sürünən yazıq vətəndaşlar, indi də, icra orqanlarının qapılarında yesir olurlar. Qəribədir ki, İcra və Parabasiya orqanları bu qərarların icra olunmamasına görə məsuliyyət belə daşımırlar. Onlar özlərinə haqq qazandırmağa çalışaraq, icra işi izrə qanunla nəzərdə tutulan bütün addımları atdıqlarını, lakin icranın təmin olunmasına nail ola bilmədiklərini bildirir, bunu ədliyyə və qanunvericilik sistemindəki boşluqlarla sığortalamağa çalışırlar. İndiki halda icranı təmin etməyən borcluya qarşı tətbiq edilə bilən ən güclü təsir vasitəsi, inzibati cəzaya cəlb etmə və AR.

CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaqla bitir. Bu halın tətbiqindən sonra isə, ümumiyyətlə icranın təmin edilməsi istiqamətində atılan bütün addımlar yekunlaşdırılır. Yəni biz əlimizdən gələni etdik, hətta bopclunu cinayət məsuliyyətinə də, cəlb etdik, ona cərimə kəsilməsinə və ya bəzi hallarda 3 il azadlıqdan məhrum edilməsinə də nail olduq. Bir sözlə, bundan sonra daha bizlik deyil.

Namizəd Səfərov.

Bunu paylaş:

Bir cavab yazın