Hülusi Akar Rusiyaya mesaj göndərdi

 

Qardaş ölkənin Müdafiə naziri Hülusi Akar, yenə Azərbaycan əvəzindən Rusiyaya mesaj göndərdi: “Rusiya ilə İdlib mövzusunda razılığa gələrək verilən vədlərə əməl edirik, məsuliyyətimizin fərqindəyik, müttəfiqlərimizdən də qəbul edilən müqavilələrə riayət etmələrini gözləyirik “,– deyə Hülusi Akar bildirib. Nazir bildirib ki, Şəhidlərimizin qanını yerdə qoymadıq və qoymaq niyyətindən dönən deyilik.

Qardaş ölkə Türkiyənin bizə dəstəyi hər zaman qürurvericidir, sevindiricidir. Lakin Azərbaycan Müdafiə nazirinin xahiş məktubu, məntiqə uyğun gəlmir.Olmaya, hakim dairə etdiyi səhvin fərqində deyil…

Əlavə edək ki, Rusiyaya daha bir siyasi mesaj , Türkiyə, Pakistan və Azərbaycanın ölkəmizdə keçirdiyi geniş miqyaslı hərbi təlimlərdir. Təlimlərin başlanğıcının isə işğaldan azad edilən Azərbaycan ərazisində olması diqqət çəkməkdədir. Təlimlərdə hər üç ölkənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunlar Qüvvələri, Xsüsi Təyinatlı Qüvvələr və s . iştirak etməkdədir. Bu təlimlərin əsas məqsədi şimal, cənub və qərb düşmənlərə gövdə göstəricisidir. Əsasən də, Rusiya Türkiyə, Pakistan və Azərbaycan qardaşlığından nəticə çıxarmalıdır.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın