Hökumət tərəfindən edilən yalançı təbliğat

Bu günlər rast gəldiyim bir fikir – Azərbaycan sosial düşüncəsində hökumət tərəfindən edilən yalançı təbliğat nəticəsində insanlar üçün hakim kəsilmiş bir inanc ,bir təsdiq ,bir stereotip haqda qısa da olsa, fikrimi bildirmək istəyirəm.
Deyirlər :” Sən Vətən üçün faydalı nə etmisən ?” Yaxud daha da pafosla səslənən , bir qədər də uzağa gedərək daha utanmaz formada: ” Sən bu dövlətin möhkəmlənməsi üçün nə etmisən ? ”
Mən bu insanları, doğrusu, qınamıram. Mənim üçün bu fikir insanların dünyagörüşlərinin , seçimlərinin və davranışlarının hökumətin təbliğat aparatina nə qədər həssas olduğuna işarədir. Axı müasir neyrofizioloq alimlər 1890 – cı ildən bu yana insan beyninin plastik olduğunu ,onun təcrübə və xarici təsirlər vasitəsi ilə dəyişməsinin mümkünlüyünü elmi surətdə təsdiq edirlər. Faşist Göbbels də bu barədə : ” Mənə KİV verin mən istənilən xalqi donuz sürüsünə çevirim” (Дайте мне средства массовой информации, и я из любого народа сделаю стадо свиней) ,-demişdir.


Keçək əsas temaya:” Sən dövlət üçün nə etmisən?”,- deyib yaxa ciranlara . Əlbəttə, bu fikri deyənləri ən azı iki qrupa bölmək olar:
1). Anlamadan , təbliğata uyub deyənlər. Sanki ən axırıncı patriotdurlar. Əslində bu sözlərlə o insanlar özlərinin bir daha subyekt deyil , obyekt olduqlarını təsdiq edirlər.
2.) Anlayaraq ,bu şüarın arxasında gizlənən maraqlarıni , niyyətlərini və özü üçün yaratdığı müsbət nəticələrini gizlədib , səni aldatma və hətta məcbur etmə yolu ilə manipulyasiya edənlər. Bu insanlar üçün digər insanlar istismar obyekti ,onun üçün rahatlıq və öz hakimiyyətini ,öz üstünlüyünü əldə etmək üçün bir sosial təsir vasitəsidir.
Mənim dünyagörüşümə görə, bu mübadilə bütün enerjilər kimi ikitərəfli olmalıdır-.” Dövlət mənim üçün nə edib ? sualı ilə yanaşı , ” sən dövlət üçün nə etmisən ? “sualı ilə birgə səslənməlidir. Əgər dövlət mənim bütün insani ,yaşam , özümü r ealizə etmə ,sağlamlıq , sosial müdafiə ,əmək , istirahət , təqsirsizlik, yaşadığım cəmiyyətə təsir etmə , mülkiyyət hüquqlarımın toxunulmazlığına , sosial ədalətə təminat vermirsə, bu dövlətin nəinki mənəvi ,heç bir hüquqi ixtiyarı yoxdur ki ,mənə bu sualı versin.
Əgər qanun ədalətli deyilsə ,o heç bir halda qanun sayıla bilməz ,və demək mənim bu qanuna, hətta güc nümayiş etdirməklə etiraz etmə və vətəndaş itaətsizliyi göstərmək hüququm vardır. Bu norma Beynəlxalq Millətlər Təşkilatının 1948 – çi ildə qəbul etdiyi ” İnsan hüquqlarının beynəlxalq bəyannaməsi “ndə öz əksini tapmışdır.
Müasir dünya artıq bu dünyagörüşünə üstünlük verir. Artıq çox ölkələrdə bu norma konstitusiya xarakteri daşıyır.

Mevlud Bilalov

Bunu paylaş: