Hökümət bu vəziyyətdə nə etməlidir

 

Son vaxtlar dünya siyasətindəki gedişlər- Con Baydenin sanksiyalar tətbiqi, Rusiyanın siyasi və iqtisadi manevrlərinin daralması, Türkiyənin əhəmiyyətli dərəcədə güclənməsi Azərbaycana da öz təsirini göstərməkdədir. Bundan təşvişə düşən Azərbaycan prezidenti İlham Əliyev də müəyyən tərpənişlərə sövq etdi. İlham Əliyevin yeni “islahatları” bir çox oliqarxları təşvişə saldı. Onlardan bir çoxu övladlarını xaricə göndərib orada şirkətlər qurmaqla milyardlarını ölkədən çıxartmağı bacardılar. İndi də villalarını, obyektlərini satışa çıxardırlar.
“Əmlak”Ekspert Mərkəzinin direktotoru Ramil Osmanlı bu barədə fikrini belə bildirmişdir ki, əvvəllər də bu cür mülklər satışa çıxarılırdı və tezliklə pullu insanlar tərəfindən alınırdı.

Amma indi vəziyyət dəyişib; Onun dediyinə görə, müharibədən təzə çıxmış ölkədə belə pullular azalıb (hərçənd buna heç özü də inanmır), ikinci tərəfdən isə, bu malikanələrin hansı yollar vasitəsi ilə tikildiyini bildiklərindən ehtiyatlı davranırlar. İlham Əliyev doğurdan da mı “islahat” aparır? Əgər bunu hamı bilirsə, niyə bunlar müsadirə olunub evlərindən zorla küçəyə atılan vətəndaşlarımıza verilmir?                           Bəzi insanların illərdir məmurlar tərəfindən evləri mənimsənilərək küçələrə atılmaqdadır. Burda tək yaşayış yerlərindən söhbət getmir. Əlavə olaraq məmurların müsadirə edilmiş mülkləri də dövlət tərəfindən satışa çıxarılsın və həmin vəsaitlər xalqa verilsin. İlham Əliyev bunu edərsə, bəlkə də ölkədə islahat getdiyinə inanmaq olar. Axı o mülklər məmurların xalqdan oğurladığı pullar hesabına tikilib.

Bunu paylaş: