Gizli anlaşma: Avropa niyə Azərbaycandakı həbslərə göz yümür…

Gizli anlaşma: Avropa niyə Azərbaycandakı həbslərə göz yumur..

Son illər Azərbaycanla Avropa İttifaqının əlaqələri daha da genişlənməyə başlamışdır. Digər tərəfdən isə, Aİ – nin beynəlxalq səviyyədə ölkəmizi dəstəkləməyə başlaması buna bir sübutdur. Niyə bir neçə il bundan əvvəl İlham Əliyev rejimini insan haqları, demokratiya, korrupsiya, rüşvətxorluqda ittiham edən Avropanın ən yük səviyyəli qurumu bu aralar çox sakitdir?

Rusiyanın Ukraynaya qarşı yürütdüyü işğalçı siyasət İlham Əliyev diktaurasına daha çox yaramış oldu. Müharibənin başlaması Avropa ölkələrini enerji problemlərinə soxdu. Bu səbəbdən Aİ – ölkələri alternativ yol kimi Azərbaycanın enerji mənbəyindən yararlanmaq istəyirlər. Fikir versək son bir neçə aydır ki, İlham Əliyev rejiminə qarşı Qərb səssiz qalmaqdadır.
Görünür, avropalılar, Azərbaycanın enerji mənbəyindən yararlanmaqla İlham Əliyev və hakimiyyətinin əməllərinə göz yummaq istəyirlər. Ölkəmizdə isə demokratiya və insan haqları problemi daha da pisləşir. Hər gün siyasətçilər şərlənərək həbs olunur. Çox təəssüf ki, Qərb bunlara göz yumur.

Necə deyərlər, “əl əli yuyar, əl də qayıdıb üzü yuyar” kəlməsi lap yerinə düşər. Bu gün ölkədə baş verən hadisələrdən belə çıxır ki, rejim Qərblə gizli anlaşma əldə etmişdir. İlham Əliyev Avropaya enerjini verir , onlar isə əvəzində ölkəmizdə baş verən diktatura rejiminə, insan haqları pozuntularına göz yumur.
Çox təəssüf ki, hər gün baş verən qeyri-qanuni həbslər Qərbin səssizliyi ilə nəticələnməkdədir.

Təbii ki, İlham Əliyev bu vəziyyətdən daha da istifadə edəcəkdir və xalqı daha da əzməyə başlayacaqdır. Demək olar ki, xalqımızın daha ağır günləri qabaqdadır. Bu gün ölkədə vəziyyət çox kritik həddə çatıb. Şərlənərək, qanunsuz həbs edilənlərin sayı artmaqdadır. Bir sözlə, İlham Əliyev xalqın sərvəti sayəsində öz rejimini möhkəmlətməkdədir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın