Genosidlə şərləmə taktikası

20.10.20 tarixində Azerfreedom TV də canlı yayımda Qurban bəy Rusiyanın məşhur teleaparıcısı, milli münaqişələrin qızışdırıcısı Solovyovun verilişinin təhlilini apardı. Ermənistanın Qarabağ müharibəsində məğlubiyyəti iştirakçıların üzələrindəki ümidsizlik və hüzn ifadəsindən çox aydın görünürdü.
Karen Şahnazarov bir erməni kimi öz millətinin acı taleyindən narahatlığını və Rusiyanın bu münaqişəyə müdaxiləsinin qeyri mümkünlüyünü qeyd edərkən ağ saçlı, intiligent görkəmli (deyilənə görə hətta hansısa institutun direktorudur) çıxış yolunu Azərbaycanı “genosidlə” şərləməkdə gördü.
Mən həmişə fikirləşmişəm ki, bu “genosid” anlayışını ermənilərin başına salan Qərbdən daha çox ruslar olublar.
Hələ Sovet hakimiyyəti dövründə Ermənistanda genosid abidəsinin qoyulması da Sovet Rusiyasının idealojisinin məhsuludur.
Məqsəd erməni – türk düşmənçiliyini
gücləndirilmək, regionda özünün “parçala hökm et” siyasətini həyata keçirmək olub.
Mətbuatın və informasiyanın geniş auditoriyaya çatdırılmasının çətin olduğu zaman bu çirkli oyunlar bağlı qapılar arxasında gedirdisə, indi artıq hər şey çox açıq – aydın görünür.
Bir millət olaraq biz ermənilərlə qonşuluqda yaşamağa məhkumuq, odur ki, mütləq ayıq- sayıq olmalıyıq. Ermənilərin türklərə xəyanətinin min illik tarixi var. Onlar hələ ikinci Xaç yürüşləri dövründən Qüdsün hökmdarı olan Səlcuqlara xəyanət etmışlər. Ermənilər başqasına alət olmağa meyilli, xülyalara tez inanan, reallıq hissini tez itirən millətdir. Belə millətlər özləri və ətrafında olanlar üçün, yəni qonşular üçün həmişə təhlükəli olur.
Tarixdə heç vaxt milli dövləti olmayan ermənilər arasında bu bir çatışmamazlıq kompleksi yaradıb.
Onların bu zəif yerlərindən istifadə edən əvvəlcə Avropalılar, sonra isə ruslar erməniləri hələ Səlcuqlar dövründən türklərə qarşı istifadə ediblər. Dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi olmayan, “təkmillətli Böyük Ermənistan”( paradoksal deyilmi) xülyası ilə yaşayan ermənilər hər dəfə də uğursuzluğa düçar olmuşlar.
Sonuncu uğursuzluğu isə onlara, öz xəyanət və etibarsızlığına görə Şanlı Ordumuz bəxş edəcək, İnşallah.
Bu, İlahi ədalətin təntənəsi OLACAQ.

Ş. Şirvanlı.

Bunu paylaş: