Generalların görüşü: 10 noyabr bəyanatına ilk öncə Rusiya əməl etməlidir!

Azərbaycan Müdafiə nazirinin birinci müavini Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimini ilə görüşmüşdür. Görüş zamanı Rusiyanın Azərbaycan torpaqlarındakı sülhməramlı fəaliyyəti müzakirə edilmişdir.

Azərbaycan tərəfi 10 noyabr bəyanatının 4 – cü bəndini müvafiq tutaraq, Rusiya tərəfindən Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı birləşmələrinin çıxarılmasını tələb etmişdir. Bu görüş əhəmiyyətli olsa da, hansısa bir nəticə verəcəyinə inam yoxdur.

Hörmətli Azərbaycan xalqı, diqqətlə 10 noyabr bəyanatını oxusaq, orada əsas məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü görərik. Düşünmək bir o, qədər çətin deyil ki, Qarabağda erməni birləşmələrini qanunsuz saxlayan Moskva özüdür.
10 noyabr bəyanatının icra edilməli bəndlərinin ləngiməsində birbaşa əli olan Kremldir!.


Kərim Vəliyevin və Aleksey Kiminin hər hansı mövzunu müzakirə etməsi mənasızdır.
Putinin bir baxışı belə yetər ki, Qarabağda hər şey keçən əsrdəki kimi öz qaydasına düşsün. Bir sözlə, 10 noyabr bəyanatına Ermənistandan əvvəl Rusiya əməl etməlidir!. Bu gün şimal qonşularımızın özbaşınalığı, Qarabağ problemini dalana gətirib çıxarır.
Generalların görüşündən hər hansı bir nəticə gözləmək olmaz. Necə deyərlər, Qafqazın açarı Kremlin əlindədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın