General Rövşən Əkbərovun həbs olunma səbəbləri…

 

Bir müddət əvvəl vəzifəsindən azad edilən General Rövşən Əkbərov həbs edilib.
Dünən General – leytenant Rövşən Əkbərovum həbs edilməsi ilə bağlı məlumatlar artıq öz təsdiqini tapmışdır. İstintaq araşdırmaları ilə bağlı, haqqında 4 ay həbs qətimkan tədbiri seçilmişdir. Adı çəkilən şəxs bir müddət Bakı və Şəmkirdə korpus komandiri vəzifəsində çalışmışdır.


Haqqında yayılan məlumatlara əsasən, həbsin səbəbi qəsdən adam öldürmə olmuşdur- 19 il əvvəl törətdiyi qətllə bağlı məsuliyyətə cəlb olunmuşdur. Rövşən Əkbərov, Ukraynada Elçin Əliyev adlı şəxsin qətlində şübhəli bilinmişdir.
Həbsin səbəbi, əslində, hər kəsə qaranlıq qalmaqdadır. Neçə illər üstündən keşməsinə rəğmən hakimiyyət niyə indi gəlib R.Əkbərovu həbs etsin ki? Qısa və konkret olaraq qeyd edə bilərəm ki, vəzifədə olduğu müddətdə, külli miqdarda “yeyinti”yə yol verdiyi üçün, dəmir barmaqlıqlar arzasına göndərilmişdir.


Əgər hakimiyyətin verdiyi məlumat doğrudursa, niyə Ukraynanın hüquq mühafizə orqanları bu işə istintaq nümayəndələrin göndərmir? Güman edilir ki, bəzi məmurlar kimi Rövşən Əkbərov da, bir neçə aydan sonra azadlığa buraxılacaqdır. Hakimiyyətin göstərdiyi bu çür şoular yalnız, vəzifəli şəxslərin xalqdan oğurladığı pulların bir qisminin geri alınmasına xidmət edir. Xatırladaq ki, Rövşən Əkbərov Azərbaycanın Milli Qəhrəmanıdır.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: