Gecə klubundakı partlayışdan yararlanmaq istəyənlər var?

Hörmətli oxucular, dünən Bakı şəhəri T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunda baş vermiş hadisədə bir nəfər ölüb, 7 nəfər yaralanıb (üçünün vəziyyəti ağırdır), ümumilikdə partlayış nəticəsində 31 nəfərin xəsarət aldığı deyilir. Ekspertlərin rəyinə görə partlayışa səbəb qaz balonunun sızmasından baş vermişdir. Hadisə yerinə gələn Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov partlayışla bağlı ictimaiyyətə yaxın zamanlarda xəbər verəcəyini bildirmişdir. Hələlik gecə klubundakı qaz avadanlıqlarının standartlara uyğun olub – olmadığı araşdırılır.

Hadisə ilə bağlı bir çox dövlət nümayəndələri, səfirliklər (İsrail, Türkiyə, Pakistan və s) Azərbaycan hökumətinə başsağlığı vermişlər. Fikir versək, vəziyyətin başqa cür qarşılandığını görə bilərik.

Nəzərinizə çatdıraq ki, qaz partlayışları demək olar ölkəmizdə hər gün baş verməkdədir. Belə olduğu halda, sadə bir xəbər kimi bu cür halların üzərindən ötüb keçməkdəyik. Gecə klubundakı qaz partlayışı sanki qlobal məsələyə çevrilməkdədir. Dövlət nümayəndələrinin başsağlığı,media orqanlarının geniş fəallığı bizdə şübhələr yaratmaqdadır.

Bəlkə kimlərsə vəziyyətdən siyasi məqsədlərlə istifadə etməklə ölkədə asayişi pozmağa calışır? Üstəlik də həmin gecə klubunun işçisinin verdiyi ifadə insanlarda maraq doğurmaqdadır. Partlayış zamanı klubda çalışan şəxs “buranı bilərəkdən partlatdılar” deyərək, jurnalistlərə ifadə vermişdir.

Deyə bilərik ki, adi bir partlayış bu gün Bakı şəhərində rezonans yaratmaqdadır. Hələlik dövlət tərəfindən yaxın vaxtlarda hadisəylə bağlı tam olaraq ekspert rəyi gözlənilməkdədir.
Bir sözlə, bu gün T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunda baş vermiş qaz sızması partlayışından ölkə daxilində yararlanmaq istəyənlər var.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın