G20 samitində Azərbaycanı hansı təhlükə gözləyir?

Azərbaycan bu il İtaliyanın paytaxtı Romada keçiriləcək Böyük 20-liyin (G 20) zirvə görüşünə dəvət almışıdır. Bəziləri bunu ölkəmizin uğuru kimi saysa da, bir tərəfdən bizi həmin görüşdə çox cətinliklər gözləyə bilər. Nəzərə alsaq ki, Böyük 20-in əsas dövlətləri ATƏT-in Minsk qrupunun üzvləridir.

Həmin görüşdə regional vəziyyətlər də müzakirə ediləcəyindən, Azərbaycana təzyiqlərin də olacağı istisna deyil. Həmin görüşdə Amerika, Rusiya və Fransa kimi dövlətlərin təzyiqləri nəticəsində Qarabağ problemini Minsk qrupu çərçivəsində həll edilməsi məcbur edilə bilər .Qorxulu tərəfi – Qarabağın qondarma statusundan danışılması olar. İnanırıq ki, bu görüşlərdə Azərbaycan yanında olan Türkiyə ölkəmizə qarşı təzyiqlərə imkan vermiyəcəkdir. Xatırladaq ki, Böyük 20-də dünyanın 37 ən güclü ölkəsi və Beynəlxalq təşkilatlar təmsil olunur.


Həmin ölkələr və təşkilatlar bunlardır:
Qeyd edək ki, G20-nin daimi üzvləri Almanya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və Avropa İttifaqıdır.

Mikayıl Əsədov.

Bunu paylaş: