Gənc nəsillərin arasında yeni növ “Narkotik” vasitə sürətlə artmaqdadır

 

 

Ölkədə bədbəxtçilik baş alıb gedir; Bərbad gündə yaşayan cavanlarımız, yeniyetmələrimiz narkomaniyanın qurbanı olurlar. El arasında “Şüşə Pati” kimi tanınan narkotik növü sürətlə yayılmaqda davam edir. Bu zəhrimar o qədər təsirə malikdir ki, ekspertlərin sözlərinə görə, hətta orqanizmə təsir gücü heroindən də üstündür və daha çox asılılıq yaradır. İstifadəsi mütəmadi olduğundan ağızda diş çürümələri, saç tökülmələri əmələ gətirməklə immuniteti zəiflədir. İnsanda çəki itkisi yaratdığından həmin şəxsləri ölümlə üz-üzə qoyur. Belə ki, sinir sistemini də sıradan çıxarma qabiliyyətinə malikdir. Araşdırmalar nəticəsində çıxarılan qənaət bundan ibarətdir:


Aşırı doza çox olduqda insanlara hücum etmə kimi fəsadlara malikdir.
Bu narkotik vasitəni gənc nəsil arasında elə- belə yaymırlar. Məqsədləri insanları bədbəxt etmək, ölkədə cinayəti bilərəkdən artırmaqdır. Ölkədə o qədər oğurluq baş alıb gedir, maşınların ehtiyat hissələrini oğurlayıb 3-5 azn qarşılığında sataraq, bu zəhrimarı almağa can atırlar. Ölkəmizdə hakimiyyətin yürütdüyü eybəcər daxili siyasət nəticəsində gənclərimizin çoxu işsizlikdən, sosial problemlərdən bezib əvvəlcə narkoman olur, sonra isə həbsxana həyatı yaşayırlar. Asılılıq yaradan “şüşə”narkotikanın vaxtı çatanda isə cavanların gozlərinə heç nə görünmür !Nə qədər ailə bunun acı nəticəsini yaşamağa məcbur olur.


Görünən də budur ki, İlham Əliyev hakimiyyəti tərəfindən narkotikanın ölkədə dövriyyəsinin qarşısını almaq üçün heç bir tədbir görülmür. Sizcə, bunun səbəbi nə ola bilər?
Sanki Azərbaycan polisi qəsdən bu narkotilərin yayılmasından maraqlıdır. Bəlkə də hakimiyyət gəncləri bu cür nəzarətdə saxlamaq istəyir . Ölkədə baş vermiş hansısa siyasi partlayışdan qorxur? Bütün dünyada belə bir siyasi deyim var:” Ölkələrdə inqilablar gənclərdən və tələbələrdən başlayır”.

Rəşad Şıxəliyev.

Bunu paylaş: