Gəncənin qisası alındı

 

Dünən İşğalçı Ermənistanın Gəncəyə növbəti terrorunun cavabı elə dünən şanlı Azərbaycan ordusu tərəfindən verildi. Dünən Azərbaycan ordusunun sərrast atışı nəticəsində düşmənin 700 nəfər əsgəri məhv edilib, 500 nəfər isə yaralanıb, 100-ə yaxın texnika və raket qurğu sistemləri, 1 su -25 təyyarəsi, S-300 HMS, S-125 HMS və.s məhv edilmişdir. Məhv edilən erməni əsgərlərinin içərisində yüksək rütbəlilərin də olması istisna deyil. Düşmən əsgərlərimizin qarşısında tab gətirə bilməyərək öz postlarını ve silahlarını tullayaraq qaçıblar. Aldığımız məlumata görə düşmən ordusu içində nizamsızlıq baş alıb gedir. Artıq demək olar ki, düşmən məğlubiyyətlə barışmalı olacaqdır. Rəşadətli ordumuz düşməni tez bir vaxtda torpaqlarımızdan qovacaq. Bu qələbə gününü sevinclə gözləyirik. Yaşasın şanlı Azərbaycan ordusu.

Mikayıl Əsədov.

 

Bunu paylaş: