Gəncə və Naxçıvanda düşmənlərə göz dağı

Hörmətli oxucular, dünən Azərbaycan və Türkiyənin qırıcıları Gəncə ve Naxçıvan şəhərlərinin üzərində uçuşlar edərək, Azərbaycanın azad olunmasının 102 -ci ildönümünü bayram etdilər.Bu,bir tərəfdən də düşmənə siqnal vermək idi. Son vaxtlar Rusiyanın əli ilə Ermənistan sərhəddə təxribatlara əl atmağa başlamışdır. Artıq bu məsələdə Kreml öz düşmənçiliyini açıq şəkildə anlatmağa başlayıb. Maraqlı tərəfi odur ki, belə bir vəziyyətdə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın müxtəlif xadimlərini Azərbaycanın bir sıra orden və medalları ilə mükafatlandırmışdır. İlham Əliyev gözəl anlayır ki, artıq açıq mövqe ortaya qoymaq lazımdır, çünki gələcəkdə verdiyi orden və medalların heç bir xeyri olmayacaq.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: