Gəncə məhkəməsi başa çatdı

 

“Gəncə işi” üzrə 1 nəfər ömürlük, 2 nəfər 18 il, 4 nəfər 19, 3 nəfər isə 20 il müddətinə azadlıqdan məhrum edildi. Görünür, Gəncədə qətlə yetirdiklərini də bunların ayağına yazıblar.

Birdəfəlik Tərtərdə törətdikləri vəhşilikləri də bunlara yükləmək olardı ki, məsələ bağlansın.
Bir daha deyirəm, ölkə dəyişəcək və onda bu yaramaz hakimlərə ömürlük hüquqi fəaliyyət qadağası tətbiq etmək, onları uzunmüddətli həbs cəzasına məhkum etmək, bütün sərvətlərini müsadirə etmək və istənilən pensiyalardan məhrum etmək prioritet məsələ olmalıdır.

Xüsusən də Azərbaycanda törədilmiş onlarla ağır cinayəti ört-basdır etmiş və yüzlərlə günahsız insanı həbsə atmış Bakı Ağır Cinayətlər məhkəməsinin sədrini və bütün hakimlərini.

Yoxsa bu ölkədə ədalət heç vaxt bərqərar olmayacaq.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın