Gürcüstandakı kütləvi davada 8 soydaşımız hebs olundu

Bir müddət əvvəl xəbər verdiyimiz kimi, Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş vermişdir. Bu dava nəticəsində 13 nəfər xəsarət almışdır. Həmin kütləvi davadan sonra isə 11 nəfər saxlanılmışdır. Saxlanılanlar arasında 8 nəfər azərbaycanlı, 3 nəfər isə erməni olmuşdur. Artıq bu kütləvi davada saxlanılanlara Gürcüstan məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: