Gürcüstanda vəziyyət gərgin olaraq qalır

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəməsinin keçirildiyi bir vaxt, qonşu ölkədə ara yenə qarışmışdır. Saakaşvili tərəfdarları məhkəmə qarşısında kütləvi şəkildə keçirdiyi mitinq zamanı, polislərlə toqquşma baş vermişdir. Nəticədə bir neçə nəfər xəsarət almış və onlarla insan isə həbs olunmuşdu.

Saakaşvilinin Gürcüstana qayıdışından sonra, vəziyyət gündən – günə pisləşməkdədir. Deyə bilərik ki, Qərblə Rusiya arasında güclü siyasi rəqabət gedir.

Sabiq prezidentə Qərb ölkələri dəstək nümayiş etdirərək, onun dərhal məhkəmə zalından azadlığa buraxılmasını tələb edirlər. Gürcüstanın indiki hakimiyyəti isə, sabiq prezidenti 2007 – ci ildəki hörmət əlehinə etirazlardakı zorakılığı və milyarder Badri Patarkatsişviliyə məxsus əmlakını ələ keçirməkdə ittiham edir. Saakaşvili isə, hakimiyyəti Putinin əmrlərini yerinə yetirməkdə günahlandırır.
Saakaşvili məhkəməsinin canlı yayımla olmasını tələb etsə də, buna hakimiyyət icazə verməmişdir.
Maraqlısı budur ki, Qərb və Rusiya hələ ki, Gürcüstandakı vəziyyətə təmkinlə nəzarət edirlər.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın