Gürcüstan Ermənistana rədd cavabı verdi

Azərbaycan ordusunun zəfəri Ermənistanı qorxuya salıb. Artıq dünya təşkilatları da Ermənistandan üz dönderir. Hər zaman olduğu kimi Rusiyanın qucağına qaçan Ermənistan bu dəfə dost ölkə Gürcüstan tərəfindən də cavabın alıb. Dünən Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan rusiyalı həmkarı Aleksey Overçukla rəsmi görüş adı ilə Moskvaya yola düşüb, lakin mülki təyyarəyə silah-sursat yükləyərək Gürcüstanın hava məkanı vasitəsi ilə Ermənistana gətirməyə çalışıb.Gürcüstan isə buna icazə verməyərək, geri çevirib. Artıq Ermənistanın hər tərəfden əli üzülərək təslim olmaqdan başqa çıxış yolu qalmayıb. Bu arada döyüşlər başlayandan bu günə kimi Azərbaycanın haqlı yolunu dəstəkləyən Gürcüstana öz minnətdarlığımızı bildiririk.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: