Gürcüstanın bu mövqeyi alqışa layiqdir

 

Hörmətli oxucular, Qafqazda nələr baş verdiyinə bir az aydınlıq gətirək; Söhbət bir müddət əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana təxirə salınmış səfərindən gedir. Hər kəs bilir ki, 44 günlük müharibədən sonra Qafqazda böyük dəmir yolu komunikasiyasi fəaliyyətə başlamalı idi. Həmin dəmir yolu Türkiyə, Naxçıvan, Ermənistan, Azərbaycan, İran, Rusiya və Gürcüstanı bir – birinə iqtisadi birləşdirməli idi. Burda qaranlıq qalan məsələ isə Gürcüstanın bu layihədən imtina etməsidir.

Təbii ki, Rusiya Gürcüstan ərazilərini işğal etdikdən sonra, rəsmi Tiflisin Kremllə açıq əlaqə yaratmaq istəməməsidir. Bu məsələ ilə bağlı yaxın vaxtlarda Türkiyə, Gürcüstan və Azərbaycan XİN – nin görüşü nəzərdə tutulur. Gürcüstan tərəfi açıq şəkildə Rusiyanın işğal etdikləri Abxaziya və Şimali Osetiya ərazisindən çıxmamış heç bir açıq əlaqə yaratmaq istəmədiyini bildirir.

Bu yaxınlarda Gürcüstan hökümətinin istefaya getməsinin səbəbi də daxildə bu məsələ ilə bağlı fikir ayrılığının baş verməsidir. Kimlərsə istefa səbəbini başqa cür anlatmaq istəsə də, Çavuşoğlunun Tiflisə səfərindən sonra hökümət istefaya getməli oldu.Rusiya ilə birbaşa əlaqə qurmaqlarına görə Qərbdə öz sözün deməli oldu. Həmin vaxt NATO və Qərb Gürcüstana açıq şəkildə öz xəbərdarlığını etmişdi.Qərb rəsmi Tiflisə “Avropa inteqrasiya və Şərq tərəfdaşlığı” anlaşmasını xatırladaraq ordan kənara çıxmamalarını söyləmişdir.

Gürcüstan höküməti isə həmin müqaviləyə hörmətlə yanaşdığını açıq dilə gətirmişdir. İndi aydın olur ki, Qafqazda niyə böyük layihələrdə gecikmələr vardı. Rusiya illərlə Gürcüstanla bir başa əlaqə qurmağa çalışsa da rəsmi Tiflis öz maraqlarını qorumaqdadır. Yaxın vaxta baş tutacaq üç tərəfli XİN – nin görüşündə Türkiyənin əsas hədəfi gürcülərin razılığını almaq olacaqdır.

 

Bu arada, Gürcüstanın qətiyyətli mövqeyini alqışlayırıq. İşğalçı kim olursa olsun, cəzasını almalıdır.

Mikayıl Əsədov.

Bunu paylaş: