Gürcülərlə və azərbaycanlılar arasında kütləvi dava…

 

Gürcüstanın Dmanisi bölgəsində, yerli azərbaycanlıların yaşadığı ərazidə insident baş verib. Ötən gecə təxminən 30 nəfərə yaxın gürcü, azərbaycanlılara məxsus dükana daxil olaraq dava salıblar və nəticədə bir neçə azərbaycanlı xəsarət alıb. İnsident baş vermiş bölgədə bütün azərbaycanlı soydaşlarımız əraziyə yığılaraq, baş vermiş hadisəyə aydınlıq gətirmələrini tələb ediblər. Hadisə yerinə çox sayda polis və xüsusi təyinatlılar cəlb edilib.

Vətəndaşları sakitləşdirməyə çalışan polislər, kütlənin qarşısını ala bilməyiblər.
Son zamanlar Azərbaycan və Gürcüstan münasibətlərini həzm edə bilməyən bəzi ölkələr, iki ölkə arasına nifaq salmaq və dostluğa xələl gətirmək istəyirlər. Baş vermiş hadisənin təxribat olduğunu da qeyd edənlər var. Təxribatın baş verməyinə səbəb (sivan) gürcülərinin dükandan aldıqları mala görə pul ödəməməsidir. Bu məsələdə Rusiya və Ermənistanın xüsusi xidmət orqanlarının əlinin də olduğu deyilir.
Gürcü xalqı Azərbaycanın hər zaman onlara yardım etməsini unutmamalıdır. Əsasən də Rusiyanın Gürcüstana hücumu zamanı.

Aldığımız xəbərə əsasən artıq hər iki tərəfdən din xadımlərinin köməyi ilə barışıq elan edilmişdir. Gürcustan polisi isə bildirib ki, cinayətkarları lazımi səviyyədə cəzalandıracaqdır.

Rəşad Şıxəliyev.

Bunu paylaş: