Günahı beynəlxalq təşkilatlarda deyil, diplomatiyamızda axtarmaq lazımdır

 

Dünyanın insan haqları təşkilatı “Human Rights Watch” Azərbaycana qarşı yeni məruzə ilə çıxış etmişdir. HRW təşkilatının rəyinə görə, sonuncu Qarabağ müharibəsi zamanı əsir düşən erməni hərbçilərinin əsirlikdə işgəncə verilməsi barəsində məlumat yaymışdır.

 

Azərbaycan tərəfi HRW – ın bu qərarının qərəzli olduğunu bildirmişdir. Arbaycan Xarici İşlər Nazirliyi HRW mövqeyini qətiyyətlə pisləyir və ölkəmizin 1949-cu il Cenevrə Konvensiyasına hörmətlə yanaşdığını bildirir. Azərbaycan tərəfi qeyd edir ki, indi əsirlikdə olan ermənilər 10.11.2020-ci ildə üçtərəfli sülh müqaviləsindən sonra əsir düşdükləri üçün, onlar beynalxalq qanuna əsasən terrorçu sayılır. Rəsmi Bakı müharibə zamanı əsir düşmüş Ermənistan vətəndaşlarının hamısın geri qaytarmışdır.

Görün diplomatiyamız nə vəziyyətdədir ki, Azərbaycan öz haqq sözün dünyaya deyə bilmir. Bu qərarda HRW təşkilatını günahkar bilmək lazım deyil, əsil günahkar bizim diplomatiyadır. Məqsədləri ölkəmizi müdafiə etmək yox, ciblərini doldurmaqdır. İllərdir milyardlar ayrılan diplomatiyamızın heç bir önəmli uğuru olmamışdır. Sadəcə, diplomatlarımızın bir sualı yetərlidir ki, həmin təşkilat səhvini düzəltsin. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var idi ki, əsir düşsün?

Bu vəziyyət göstərir ki, Azərbaycan diplomatları bu günə kimi işlərində məsuliyyətli olmayıblar. Yaxşı olar ki, Azərbaycan hakimiyyəti Beynəlxalq Münasibətlər diplomatiyasında islahatlar aparsın. Bununla bəzi təzyiqlərə qalib gəlmək olar. Yəni pulla yox, əsl diplomatlarla hücum etmək lazımdır.

 

Mikayıl Əsədov.

Bunu paylaş: