Günümüz – Azərbaycanın acı reallıqları

 

Gəlin, sizi komediyalar kimi hadisələr baş verən bir ölkəyə aparım.
O ölkə ki, hərbidən anlayışı olmayan birisi Ali Baş Komandan olsun.
Millət vəkilləri, millətin deyil, rejimin vəkilləri olsun.


Şərəfsizləri, şərəf ordeni ilə təltif olunsun.
Ədalətsiz insanları məhkəmə sədrləri olsun.
Əxlaqsızları, pozğunları xalq artisti olsun.
Sərxoş, səhiyyədən bixəbər bir insanı səhiyyə naziri olsun.

Xaini, satqını müdafiə naziri olsun.
Oğrusu, nadanı dövlət məmuru olsun.
İqtisadiyyat və vergidən bixəbəri iqtisadiyyat və vergilər naziri olsun.
Qulduru, xətakarı polis olsun.
Yaltağı, məddahı ağsaqqal olsun.
Neft və qazın tərkibini bilməyən “Socar”ın prezidenti olsun.


XXI-əsrə “iks iks birinci” əsr deyən birisi Muxtar dövləti idarə etsin.
Diplomatiyadan və beynəlxalq əlaqələrdən anlayışı olmayan birisi ölkəni xaricdə təmsil etsin.
Sosial təminatdan anlayışı olmayan Sosial müdafiə naziri olsun.
Və ən nəhayət, oğrusu azadlıqda, doğrusu həbsxanada olsun.
Bax, budur bugünkü əsil Azərbaycan reallıqları.

Əziz Əzizli.

Bunu paylaş: