Görün nə günə qalmışıq ki, pensiyaların verilməsini bayram kimi qeyd edirik

 

Son vaxtlar Azərbaycanın xəbərlərində, ən çox rast gəlinən başlıq budur –“Şad xəbər: pensiyalar bu tarixdə veriləcək”. Görün nə günə qalmışıq ki, pensiyaların verilməsini bayram kimi qeyd edirik.

Sentyabr ayının 8 – dən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, Dövlət Sosial Müdafiə Fondu məlumatı yaymışdır.

İlham Əliyevin göstərişi əsasında, Sahil Babayev baş rolda olmaqla, insanların pensiyalarının verilməsi tarixi bir bayrama çevrilmişdir. Görünür, talanan büdcə, qorunmayan insan hüquqları, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı Azərbaycanda xalqı bu cür məhvə aparmaqdadır. İlham Əliyevin və hakimiyyətinin məqsədi xalqı məhv etməkdir. Ya xalq olaraq ayağa qalxıb haqq sözümüzü deməliyik, ya da ki, bu cür baxa – baxa məhvə doğru irəliləməliyik.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın