Gömrük, Vergi, DİN və MN-i orqanlarına növbə nə zaman çatacaqdır?

Son bir neçə gündür ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsi loru dildə desək, ölkənin bu tərəfdən girib o, tərfindən çıxır. Mədəniyyət işçilərini, xəritəçəkmə idarəsinin işçilərini, sosial müdafiə fondu və hansısa dövlət idarəsinin işçilərini korrupsiya ittihamı ilə həbs etməkdədir.
Demək olar ki, hər gün bir neçə məmurun həbsi mediada işıqlanmaqdadır. Bununla da bir şou yaradaraq göstərmək istəyirlər ki, İlham Əliyev və hakimiyyəti ölkədə korrupsiya ilə mübarizə aparır.
Bəziləri də buna ikiəlli əl çalaraq ölkə başçısının xalqı düşündüyünü fikirləşir…

Bu gün açıq şəkildə Korrupsiya idarəsi bölgələrdə və paytaxtda aktivlik göstərməkdədir. Əgər həqiqətən də İlham Əliyev hakimiyyəti korrupsiyaya qarşı mübarizə aparırsa, ilk öncə Baş Gömrük Komitəsində, Vergilər Nazirliyinidə, Daxili İşlər Nazirliyində, Müdafiə Nazirliyində araşdırma aparsın. Bu zaman İlham Əliyevin həqiqətən də korrupsiya ilə mübarizə apardığını deyə bilərik.
Mədəniyyət Nazirliyinin işçisi, Sosial Müdafiəsi Nazirliyinin işçisi, Xəritəçəkmə idarəsinin işçisi bir manat oğurlayırsa, GK, VN, DİN, MN -i isə milyonlar oğurlamaqdadır.

Bu vəziyyət illərdir ki, İlham Əliyev və hakimiyyəti tərəfindən icra olunmaqdadır. Ölkədə elə bir dövlət idarəsi yoxdur ki, orada korrupsiya olmasın, sadəcə korrupsiyanın dəyərinə görə fərqlənməkədədir.
Elə bizlərin də sualı bundan ibarətdir ki, hansısa mədəniyyət işçisini həbs etməklə xalqın başını aldatmağa çalışma. Yaxşı olar kilkə balıqları deyil, ağ balinaları torlarına salsınlar!

Bir sözlə, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin əməliyyatlar keçirməsi, gözdən pərdə asmaq üçün aparılan siyasətdir. Nə vaxta kimi ölkədə İlham Əliyev və hakimiyyəti var, heç bir zaman korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, qanun pozuntuları xalqı gündəlik həyatından silinməyəcəkdir. Bu şəraiti də quran və yaradan hakimiyyət özüdür.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın