Gömrük generalının həbsi: “Qara Kassa” yoxsa xarici dövlətlərin şikayəti?

Dövlət Təhlükəsizlik Xidmətinin Gömrük Komitəsində əməliyyat keçirməsinin səbəbi məlum oldu. Söhbət ölkəyə gətirilən malların vergidən yayınmasıdır, sənədlərinin saxtalaşdırılması, real olduğu dəyərində göstərilməməsi və s.
DTX – “İpək Yolu” və “Abşeron” terminallarında olan əməliyyatlarının səbəbi iki məslə ilə əlaqədar ola bilər. Bu barədə bir az sonra. .
Aldığımız xəbərə görə bir müddət əvvəl Sədərək və Binə ticarət mərkəzlərində də əməliyyatlar keçirilmişdir.

Verilən xəbərdə qeyd olunur ki, əməliyyat tədbirləri nəticəsində, bir müddət əvvəl “Azerterminalkompleks” birliyinin rəisi general Ehtiram Xəlilov və bir neçə yüksək rütbəli gömrük əməkdaşı həbs edilmişdir.
İstintaq barəsində ictimaiyyətə yaxın zamanda məlumat veriləcəyi deyilir.

Terminal generalının həbsinə səbəb ilk növbədə “Qara Kassa” ya əl uzatmağı ola bilər. Ümumiyyətlə, kimsə Əliyevlər və Paşayevlər biznesinə əl uzadırsa, o dərhal həbs edilir və bütün var – dövləti əlindən alınır.
Görünür, Ehtiram Xəlilov da rejimin ailə siyasətini nəzərə almayıb.

Digər fikir isə, “İpək yolu” üzərindən Çindən Avropaya daşınan malların sahibkarlarının şikayətidir. İlham Əliyevin siyasətinin bir hissəsi də “İpək yolu” nu müasir dünyada Azərbaycan üzərindən aktivləşdirmkdir. O, ən ucuz, ən sürətli, ən təhlükəsiz yol xəritəsini bütün dünyada tanıtmaq istəyib. Ola bilər ki, xarici biznesmenlər Azərbaycanın Gömrük Komitəsində baş alıb gedən rüşvətxorluqla bağlı İlham Əliyevə şikayət etmişlər. Bu məsələyə görə də ölkə başçısı Ehtiram Xəlilovu və bir qrup gömrük işçisini cəzalandırmışdır.

 

Sonda xatırladaq ki, demək olar hər gün Türkiyə və digər ölkə vətəndaşlarının Azərbaycan gömrüyündən şikayəti sosial şəbəkələrdə nümayiş olunmaqdadır. Bəli, bu, Azərbaycanımız adına utancvericidir.
Əminliklə demək olar ki, Ehtiram Xəlilovun həbsi ölkədə heç nəyi dəyişməyəcəkdir. Xalq bilir ki, həbs edilən general, sadəcə bir icraçıdır. Hər şeyin başında İlham Əliyev özü durur və ölkədə qanunun yenidən bərpası bu rejimin yox olmasından keçir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın