Füzuli və Cəbrayıl rayonlarının işğalından, 27 il ötür

1993 – cü ilin 23 avqustu Füzuli və Cəbrayıl rayonlarının düşmənlərimiz erməni-rus terrorçuları tərəfindən işğal edildiyi gündür.
Füzuli , Cəbrayıl artıq 27 ildir işğal altındadır.
Füzuliyə hücum çəkdiklərində minlərlə füzulili düşmənə qarşı döyüşmüş, yüzlərlə şəhid vermiş və itkin düşmüşlər.
Cəbrayıl rayonu da həmin il erməni-rus birləşmələri tərəfindən işğal edilmişdir.Cəbrayıl rayonu ermənilərlə döyüşdə 180 nəfər şəhid vermişdir, onlardan 14 polis, 60 nəfərə yaxın mülki sakin dünyasını dəyişib, 90 nəfərdən çox insan isə itkin düşmüşdür.
Düşmənin işğal etdiyi bu iki rayonun da digər rayonlar kimi zəngin torpaqları, mədəniyyəti, təbiəti olmuşdur.
İşğal etdikləri digər torpağlarımızdakı kimi azğın düşmən burda da bütün mədəniyyəti, abidələri, təbiəti yandıraraq məhv etmişdir.
Qarabağımızı yandırıb külə döndərirlər, ey xalqım !
Axı susuruq,illər keçir.
Düşünmək üçün çox zaman ötüb keçib, artıq düşünmək yox, ayağa qalxmaq lazımdır-
Vətən üçün, Şəhidlərimiz üçün!

Hazırladı; Mikayıl Əsədov.

Bunu paylaş: