Fuad Muradov da belə getdi

 

“Əvvəllər sosial şəbəkədə, yutubda etik normalardan kənar ifadələrlə gündəmdə olan,insanları hədə – qorxu yolu ilə şantaj edən 2-ci “qoduq”( 1-ci olaraq Ata Abdullayevi nəzərdə tuturam.red.-həbs edilib),qurucusu olduğu Milli Fədailər Hərəkatı”nın rəhbəri Fuad Muradov saxlanılıb.

Bu barədə məlumat saytların birində öz əksini tapıb. Məlumatı olduğu kimi təqdim edirik:
“Uzun müddətdir ki, sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edib əxlaqsızlıqda bütün əndazələri aşan saxta “fədai” Fuad Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyabrda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edib, ərizəni də olduğu kimi paylaşdım.

Bu gün ərizə ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. F.Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir. Ona görə də mənə F.Muradovun qanunsuzluqları ilə bağlı müraciət edən şəxslərdən xahiş edirəm ki, həmin idarəyə müraciət edib sübutlarını təqdim etsinlər”.
Qeyd edək ki, Fuad Muradov daim iqtidarın yanında yer almaqdan ötrü hakimiyyətə quyruq bulayırdı. Aqibəti isə, bir müddət öncə məmurlardan şantaj yolu ilə pul tələb edən Ata Abdullayev kimi qazamatda keçəcək..

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın