FSB polkovnikinin ölü tapılması təsadüfi ola bilməz

Rusiya prezidenti Vladimir Putinin nüvə çamadanı daşıyan mühafizəçisi başından güllə yarası almış vəziyyətində evində tapılmışdır. Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimini evində qardaşı ölümcül halda tapmışdır. Məlumatda qeyd olunur ki, həmin zaman o, ağır vəziyyətdə və tək olmuşdur. Qardaşının sözlərinə görə məsələnin müəmmalı tərəfi həmin zaman qız dostu da onun yanında olmayıb. Hazırda o, çox ağır vəziyyətdə Moskvada reanimasiyadadır.
Ziminin tək və başından güllə yarası almış vəziyyətdə tapılması Putin hakimiyyətini düşünməyə məcbur etmişdir.

İddia olunur ki, Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət almaqda ittiham olunmuşdur və o, bu səhvinə dözməyərək intihara əl atmışdır. Bu, sadəcə ehtimal olunan versiya kimi mətbuatda yayılmaqdadır.

Lakin məsələnin müəmmalı tərəfi nüvə çamadanı ilə əlaqəli ola bilər.
Bilirik ki, Rusiya üç aydan çoxdur ki, Ukraynaya qarşı işğalçılıq siyasəti aparır. Bu müharibənin uzanması da Putinin planlarına daxil deyildir.
Bir neçə gün bundan əvvəl də Qərb liderləri Putinin nüvə silahından istifadə edə biləcəyini istinad etməmiş və bu barədə Kremlə xəbərdarlıq etmişlər.

Bu gün də sabiq və indiki prezidentlərin nüvə çamadanını mühafizə edən polkovnikin ölümcül vəziyyətdə tapılması, sanki Putinə bir xəbərdarlıqdır.
Demək olar ki, kimlərsə Putinə və Kremlə ismarıc göndərməkdədir. Bununla da Rusiyanın nüvə silahı barəsində təhdidlərini bir daha götür-qoy etməsini istəyir. Bir sözlə, belə bir FSB polkovnikinin başından vurulması təsadüfi ola bilməz.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın