Fransadan PKK-ya böyük zərbə

 

Hörmətli oxucular, sizlərə bir müddət əvvəl Türkiyə və Fransa arasında buzların əridiyinə dair xəbərlər vermişdik. Fransa prezidenti Emanuel MakronunTürkiyə barəsində son çıxışında müsbət sözlər söyləməsi buna bir sübutdur. Onun sözlərinə görə, Türkiyə çox güclü müttəfiqdir və Avropanın təhlükəsizliyini təmin edir.

Makronu narahat edən məqam Ankaranın Kremllə yaxınlaşmasıdır. İnanırıq ki, bu məsələdəki narahatçılıq qısa zamanda aradan qalxacaqdır. Türkiyənin xoşuna gələcək daha bir hərəkəti Fransa polisi həyata keçirmişdir; Fransa polisinin əməliyyatı nəticəsində PKK üzvləri saxlanılmışdır. Saxlanılma səbəbi olaraq terrora dəstək və terror həyata keçirmək ittihamı irəli sürülmüşdür.

 

PKK-nın Avropada ən böyük təşkilatları Fransada yerləşir. Fransa polisinin açıqlamasına əsasən bu əməliyyatlar davam edəcəkdir. Görünür, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, Fransa prezidenti Emanuel Makron arasında ciddi razılıq əldə edilmişdir. Bu səbəbdən Makron Türkiyənin regionda güclü oyunçuya çevrildiyini açıq şəkildə bildirir.

 

Mikayıl Əsədov.

Bunu paylaş: