Fransadan əvvəl Rusiyaya NOTA vermək lazımdır!

 

Paris meri Anna İdalqonun Azərbaycanın “Rusya sülhməramlılar” nın nəzarətində olan torpaqlara qanunsuz səfəri baş tutmuşdur. Məsələ ilə bağlı Fransanın Azərbaycandakı səfiri Zakari Qros ölkəmizin Xarici İşlər Nazirliyinə çağırılmışdı. XİN-nin müavini Xələf Xəfəvov, Fransa merinin beynəlxalq qanun pozulmasına görə rəsmi Parisə etiraz etmişdir. Azərbaycanın Fransaya haqlı olaraq Nota verməsi birinci dəfə olmadığını deyə bilərik.
Bu gün beynəlxalq qanunlara əsasən idarə olunan Fransa höküməti Azərbaycana qarşı dəfələrlə beynəlxalq hüquq pozduğunu görürük.

Söhbət burada tək Paris merinin qanunsuz səfərlərindən getmir. Bundan əvvəldə dəfələrlə Fransanın dövlət xadimləri Azərbaycan torpaqlarına qanunsuz səfərlər etmişlər.
Burada diqqətdən qaçan məsələ isə, onları ora buraxandır.
Əgər Azərbaycan hakimiyyəti Fransaya etiraz edirsə, bununla paralel özünü sülhməramlı kimi təqdim edən Rusiyayada etiraz etməlidir. Çünki hüquqi təfdən baxsaq Putinin işğalçı ordusu, Azərbaycan Ermənistan sərhədində, Laçın rayonunun keçit məntəqəsinə nəzarət etməkdədir. Bilirik ki, Rusiyanın icazəsi olmasa, həmin ərazilərdən bir dənə varlıq keçə bilməz.

Bu gün Fransa səfirini Xarici İşlər Nazirliyinə çağırmağı elə bir mənası olmadığını görürük. Yaxşı olar ki, həmin etiraz məktubundan Rusiyaya təqdim olunsun. Ən azından Azərbaycan torpaqlarında ən çox qanun pozan Putinin göndərdiyi qondarma sülhməramlılarıdır. Yaxşı olar ki, İlham Əliyev bir başa Putinin özünə etiraz etsin…
Təxribatların qarşısı yalnız bu cür kəsmək olar!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın