Fransada xalq “Mətbuat azadlığı” və “Polis şiddətinə son” tələb edir

Fransada yenidən xalq ayağa qalxdı. Artıq Fransanın bir çox şəhərlərində xalqla polislər arasında qarşıdurma baş verib. Xalq “Mətbuat azadlığı” və “Polis şiddətinə son” qoyulması üçün etiraz aksiyalarına başlayıb.
Fransa xalqının aksiyalara başlama səbəblərindən biri, bir neçə gün əvvəl qaradərili bir vətəndaşın polis tərəfindən təhqir, işgəncəyə məruz qalması və hökümətin 24-cü maddəsinə dəyişiklik etməsi olmuşdur. 24 -cü maddəyə dəyişiklik onu göstərir ki, istənilən halda polis və məmurların üzlərini lentə almaqla ictimayiləşdirmək olmaz. Bu isə ayağa qalxan kütləni daha da qəzəbləndirib. Aksiyaçılar düşünür ki, bu qərar polisin xalqa qarşı təzyiqini daha çox artıracaqdır. Artıq yüzdən çox insan yaralanmış və onlardan 8 nəfərinin vəziyyəti ağırdır. Polis mitinqləri dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən və dəyənəklərdən istifadə etmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: