Fransa oyundan kənar vəziyyətdə qaldı, “ingilis” kökənli birlik qurulur?

 

Son vaxtlar Fransa, Amerika, Böyük Britaniya və Avstraliya arasındakı qalmaqal böyüməkdədir. Bu qalmaqala səbəb Fransa və Avstraliyanın arasındakı 100 milyard dollarlıq hərbi sazişin dayandırılmasıdır. Müqavilədə, Fransa gələcəkdə Avstraliya üçün yeraltı qayıqlar və onların avadanlıqlarını satması nəzərdə tutulurdu. Lakin Amerika və Böyük Britaniyanın təklif etdiyi yeraltı qayıqların daha münasib, keyfiyyətli və yüksək texnologiyalara cavab verdiyi qeyd edilmişdir. Buna səbəb olaraq Fransa öz səfirlərini həmin ölkələrdən geri çağırmışdır. Bir NATO müttəfiqi kimi Amerika, Böyük Britaniya və Avstraliyanın rəsmi Parisə qarşı edilən bu hərəkətlərini sərt şəkildə tənqid etmişdir.

Çox keçmədən isə Avstraliya rəhbərliyi, Fransanın bu qəzəbinə cavab vermişdir. Kenqurular ölkəsi, Fransa sualtı qayıqlarının onların strateji maraqlarına cavab vermədiyini qeyd etmişdir. Daha sonra Avstraliya rəhbərliyi bu barədə Fransalı həmkarlarına məlumat verdiklərini qeyd etsədə, rəsmi Paris bunu təkzib etmişdir.

NATO – nun ölkələri arasında olan bu qalmaqalın səbəbinin sualtı qayıq olmadığını sizlərə çatdırmaq istərdik. Siyasi araşdırmalarımız onu göstərir ki, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi də təsadüfi deyildir. Amerika və Böyük Britaniyanın məqsədi, “ingilis kökənli” dövlətlərin birliyini qurmaqdır. Fikir versəniz bu qalmaqalda aparıcı əsas 3 ölkə İngilis kökənli sayılmaqdadır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın