İlham Əliyev “müxalifət”ə qoşuldu və dövlət şirkətlərini sərt tənqid etdi.Bu tənqiddirmi?

MÜZAKİRƏ MEYDANI Daxili siyasətimiz İlham Əliyev “müxalifət”ə qoşuldu və dövlət şirkətlərini sərt tənqid etdi.Bu tənqiddirmi?

İstifadə olunmuş teqlər: , , ,

3 yazı göstərilir - 1 ilə 3 arası (ümumi sayı 3)
  • Müəllif
    Yazılar
  • #2166
    AzerFreedomTV RETRO
    Dəstəkçi

    Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik – yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir.

    #2182
    Azad Azərbaycan
    Dəstəkçi

    Bu İlham Əliyevə deyən yoxdu ki a kişi sən prezidentsən ee, bu nə tənqiddi? Elə bil özün təyin etdiyin məmurlara gücün çatmır.Belə məsələlərdə məmuru tənqid etmirlər, onu dərhal işdən çıxarıb göndərirlər həbsxanaya. Bu nə yanaşmadı?

    #2347
    Siyasət Meydanı
    Dəstəkçi

    Elə danışır elə bil ya gücü çatmır ya da əlbirdirlər. E.Pirverdiyev məsələsini xatırlayaq. Sadəcə iclasda ayaq üstə qaldırdı və “sən utanmalısan” deyib otuzdurdu yerində. 2 ay sonra işdən azad etdi. Nə məhkəməsi oldu nə də ki bir mühakiməsi, araşdırması. Belə də iş olar? 5 milyardı yeyəsən, ölkənin strateji əhəmiyyətli bir sahəsini, yəni enerji sistemini çökdürəsən və sadə bir sözlə canını qurtarsan? Camaat nə qədər cahildir ki belə oyunlara inanıb hələ bir prezident islahat aparır söhbəti də edir. Ey millət belə düşüncə ilə hara gedirik?

3 yazı göstərilir - 1 ilə 3 arası (ümumi sayı 3)
  • You must be logged in to reply to this topic.