MÜZAKİRƏ MEYDANI › Daxili siyasətimiz › İlham Əliyev “müxalifət”ə qoşuldu və dövlət şirkətlərini sərt tənqid etdi.Bu tənqiddirmi? › İlham Əliyev “müxalifət”ə qoşuldu və dövlət şirkətlərini sərt tənqid etdi.Bu tənqiddirmi? cavab ver

Elə danışır elə bil ya gücü çatmır ya da əlbirdirlər. E.Pirverdiyev məsələsini xatırlayaq. Sadəcə iclasda ayaq üstə qaldırdı və “sən utanmalısan” deyib otuzdurdu yerində. 2 ay sonra işdən azad etdi. Nə məhkəməsi oldu nə də ki bir mühakiməsi, araşdırması. Belə də iş olar? 5 milyardı yeyəsən, ölkənin strateji əhəmiyyətli bir sahəsini, yəni enerji sistemini çökdürəsən və sadə bir sözlə canını qurtarsan? Camaat nə qədər cahildir ki belə oyunlara inanıb hələ bir prezident islahat aparır söhbəti də edir. Ey millət belə düşüncə ilə hara gedirik?
-
Bu cavab
Siyasət Meydanı tərəfindən 5 ay, 1 həftə əvvəl redaktə edilib.