Fiaskoya uğrayan idarəçilik

Hörmətli oxucular, bugün söhbət açacağım mövzu ölkədəki acınacaqlı sosial durumla bağlı olacaqdır. Bugün Azərbaycandakı dərin iqtisadi böhran ölkənin tənəzzülə uğramasındam xəbər verir. Azərbaycan iqtisadiyyatının gündən-günə zəifləməsi və əhalinin sosial vəziyyətinin daha da acınacaqlı hala düşməsi, yoxsulluq, işsizlik  səviyyəsinin artması bunun əyani göstəricisidir. Bu gün vəziyyətin kifayət qədər acınacaqlı olduğuna diqqət çəkən Azərbaycanın sosial-iqtisadçılarının və ekspertlərinin mətbuata verdiyi açıqlamalarda qeyd edilir ki, ölkə İlham Əliyevin yürütdüyü yanlış siyasətinin əsirinə çevrilmişdir. Oğru Əliyevlər və Paşayevlərin idarəçiliyi ilə idarə edilən dövlət, yürütdükləri siyasət nəticəsində bir çox sahələrdə olduğu kimi, iqtisadi müstəvidə də ölkənin tənəzzülünü daha da sürətləndirmişdir. Ölkədə hər gün qiymətlər durmadan artır, əhalinin gəlirləri infilyasiyaya nisbətdə adekvat deyil. Əliyev iqtidarı xalq önündə götürdüyü vəzifələri yerinə yetirmir, verdiyi vədlərə əməl etmir. Atılan bütün addımlar, yarıtmaz siyasət nəticəsində iflasa uğrayır. Get-gedə büdcə boşalır, qiymət artımı isə sürətlə artır, ölkə iqtisadiyyatı isə get-gedə daha iflic vəziyyətə düşür. Bu gün real vəziyyət, Azərbaycanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. Bəli, Ermənistanla bərabər regionda özünü super güc sayan Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayıb. Bu gün Azərbaycanda ötən müddət ərzində rəqabətə davamlı hər hansı istehsal sahəsinin yaradılmaması, kiçik və orta sahibkarlığın məhvinin astanasında olması, ölkədə infrastrukturun sıfır səviyyəsində olması, vəziyyəti ağırlaşdıran əsas səbəblər sırasında yer alır.  Ölkədə digər bir problem isə Azərbaycanın xarici investisiyalar üzünə həsrət qalan dövlətlərdən biri olması və ölkə iqtisadiyyatının bir neçə məmur oliqarxın əlində cəmləşməsidir. İnhisarçılığın, korrupsiya və rüşvətxorluğun dərin kök salması da sözügedən ölkəni problemlər içində boğan əsas faktorlardan biridir. Təəssüf doğuran məqam odur ki, ölkə başçısı olan İlham Əliyev ölkənin durumunu yüksəltmək, ölkəni iqtisadi çöküşdən qurtarmaq və ən əsası xalqın rifahı üçün heç bir addım atmır.

İmza; Əziz Əzizli

Bunu paylaş: