Fazil Mustafada bu qədər düşüncə haradandır?

 

Milli Məclisin deputatı Fazil Mustafa maraqlı acıqlama ilə gündəm olmuşdur. O, ölkəmizədə boşanmaların daha bir səbəbinin, sosial şəbəkələr olduğunu qeyd etmişdir. Fazil Mustafa, ailə dağılmalarını sosial şəbəkələrdə baş verən dedi-qoduları misal gətirmişdir.

Təbii ki, belə bir şeylər var, lakin bu nəticə çox aşağı səviyyədədir.

Niyə? adını “millət vəkili” qoyan Fazil Mustafa kimilər, boşanmaların əsil səbəbin söyləmirlər.
Dünyada sübut olunmuş bir nəticədir ki, ailə dağılmalarını 90 faizi sosial gəlirlər üzündəndir. Yəni, dolanmaq üçün vəsait olmayanda xoşbəxtlik də olmur, daxildə əlavə problemlər yaranır və ailə maliyyə baxımı üzündən dağılır.
Məsələn :Azərbaycanda İlham Əliyev yürütdüyü daxili siyasət nəticəsində işsizlik gündən-günə artmaqdadır. Bu vəziyyət də ailələrə təsir edir. Sonda isə boşanmalar baş verir.

Əgər Fazil Mustafa kimi düşünsək, bir sual ortaya çıxır?
Əgər deputat deyən kimidirsə, günah sosial şəbəkələrindir.
Niyə? Məmurların övladları sosial şəbəkələr üzündən boşanırlar?.
Çünki bu gün, Azərbaycanda ailə dəyərlərini birləşdirən ilk amil puldur. Məmurların da pulu hardan oğurladıqlarını hər kəs bilir. Beləliklə, Fazil Mustafa anlamalıdır ki, ölkədə ailə birlik cəmiyyətləri fəaliyyət göstərməkdədir. Hər zaman bu barədə rəhbərliyə məruzə edirlər. Reallıq budur ki, İlham Əliyev və hakimiyyətinin ölkə daxilində yürütdüyü siyasətin nəticəsində, ailə boşanmaları bu gün də getdikcə artmaqdadır. Fazil Mustafa kimilər də bunu çox gözəl bilir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın