Fazil Mustafa yeni hiyləyə əl atır

 


Milli Məclisin keçirilən iclasında deputat Fazil Mustafa Bakının infrastrukturunu sərt tənqid etmişdir. Onun sözlərinə görə paytaxta girəndə, sanki bir gecə qonduya girirsən kimi ifadələr işləmişdir. Fazil Mustafa biz bu arxitekturanı dəyişdirməliyik sözlərinin işlətmişdir və sonra Şəhərsalma və Arxitektura Komitəsinə irad bildirmişdir.

Bu məsələdə heç kim Fazil Mustafanın Bakı şəhərimizə və xalqımıza can yandırdığını düşünərək yanılmasın. Fazil Mustafa bu məsələni ortaya atmaqla, yeni korrupsiya və rüşvətin qəbul edilməsini istəyir.

Gəlin bu deputatın dediklərini şərh edək və qısa aydınlıq gətirək.
Birincisi qanunsuz tikililər dedikdə, kimlər bu gecəqonduları yaranmasına icazə veribsə məsuliyyət onun üzərinə düşür. Təbii ki, burda dövlət məsuliyyət daşıyır, bu məsuliyyəti İlham Əliyevin və vəzifəyə təyin etdiyi məmurların üzərinə düşür, başda Bakı Şəhər İcra hakimliyi olmaqla.

 

Gələk indi əsas məsələyə Fazil Mustafanın arzusuna.
Bir tərəfdən bu məsələni qaldırmaqla külli miqdarda rüşvət almaq siyasəti aparılır. Məsələn: sadə dillə desək, dövlət nümayəndəsi həmin qanunsuz dedikləri mülklərini sahiblərindən külli miqdarda rüşvət alır, mülklərinin toxunulmazlığını təmin edir.

Digər tərəfdən isə hakimiyyət həmin yerləri “plana” salır və yenidən inşa etmək üçün İlham Əliyevin sərəncamı ilə budcədə milyardlarla pul ayrılır. Budcədən ayrılan milyardlar isə məmurlar tərəfindən mənimsənilməyə başlayır.
Fazil Musafanı fikirləri bundan başqa bir şey ola bilməz. İllərdir deputat kürsüsündə yapışıb qalan deputatların bir məqsədi vardır, özlərinə və yaxınlarına xidmət etmək, xalqın pulların məhv etmək.

Mikayıl Əsədov.

Bunu paylaş: