Fazil Mustafa “Tərtər işi” nin açılmasına minnət edir

 

Son vaxtlar ölkədə “Tərtər işi” ilə bağlı böyük proseslər baş verməkdədir. Baş Prokurorluğun məlumatına görə hələlik 16 nəfər həbs edilib, 281 nəfər isə zərərçəkmiş qismində tanınıb.

Tərtər cinayəti ilə bağlı bir çox deputatlar da öz münasibətini bildirmişlər. Bizə maraqlı olan isə, hər zamankı kimi, özündən başqa kimsəyə aydın olmayan fikirlər söyləyən Fazil Mustafanın çıxışıdır. O, öz çıxışında minnətlə açıqlama verərək bildirmişdir ki, “İlham Əliyev istəsəydi Tərtər işinin açılmasına göstəriş verməzdi”

. Bu bədbəxt deputat hələ də anlamır ki, “Tərtər 1767” cinayəti dövlətçilik məsələsidir.

Fazil Mustafa qeyd edib ki, istintaq işi hələ də davam edir və böyük fiqurların həbsləri gözlənilir. Buna görə isə, dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Burda yaltaqlığın son həddini görmək, bir o qədər də çətin deyil. Əgər İlham Əliyev istintaqın yenidən yaradılmasına göstəriş veribsə, niyə 2017- ci ildən bunu etməyib?.

Hər halda, deputatlar çox gözəl bilirlər ki, “Tərtər 1767” cinayətinin üstünün açılmasında AzerFreedom ailəsi, onun rəhbəri Məmmədov Qurban Cəlaloğlunun, Ərəstun Oruclunun, Oqtay Gülalıyevin və digərlərinin əməyi böyük olmuşdur. Bir sözlə, İlham Əliyev gözəl anlayırdı ki, hərbçilərimizə qarşı bu terrorun başında duranlar, sabah onun özünə hücum edəcəklər.

Əgər, Fazil Mustafa və onun kimilərinin bir az qururu varsa, bu damğanı üzərimizdən
götürən Qurban Məmmədov, Ərəstun Oruclu, Oqtay Gülalıyevə minnətdarlığını bildirsin. İnanın ki, “AzerFreedom TV YouTube” kanalında gedən Tərtər 1767 istintaqı bizim gələcəyimizi xilas etmişdir.
Sonda isə, Fazil Mustafa və onunla eyni fikirdə olanlara demək istərdik ki, bir – iki sifariş yerinə yetirənləri tutmaq xalqı qane etməyəcəkdir, əsas hədəfimiz sifariş verənlərdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın