Fazil Mustafa, siz nə zaman ağıllanacaqsınız?!

 

İqtidaryönümlü, hakimiyyət tərəfdarı Fazil Mustafa müxalifəti hədəfə alıb yenə. Sanki özü çoxbilmiş, millət isə avamdır. “Açılacaq. Zəngəzur da, Turan yolu da. Ağıllanacaqsınızmı? Bax, bu möcüzəyə inana bilmirəm.”
– Millətin içindən çıxıb xalqı bəyənməyən, Fazil Mustafa, xalqın ağıllı olmağına şübhə ilə yanaşmanız sizin necə pessimist olduğunuzu göstərir. Xalqın iradəsi, ağlı nəticəsində işğalda olan torpaqlarımız geri qayıtdı. Azərbaycan xalqı çox doğru buyurur: Xankəndi, Ağdərə, Xocalı – hamısı bizim ANA torpaqlarımızdır. Hər qarışını geri istəyirik!
Korrupsiya, ədalətsizlik, inhisarçılığı aradan qaldıra bilməyən siz və sizin hakimiyyət Şuşanı geri qaytarmaqla bizlərə minnət qoyursunuz.

Siz qarışıq hansı bir məmurun övladı 44 günlük müharibədə iştirak etdi? Heç birinizin! Bu az imiş kimi xalqı aşağılayıb: “Ağıllanacaqsınızmı?”,- kəliməsi ilə irad bildirirsiniz.
Fazil Mustafa, qarşılıqlı olaraq mən də sizə sual ünvanlayıram: – Xalqa qarşı qəddarlığı siz, məmurlar və hakimiyyət nə zaman dayandıracaqsınız? Nə zaman bu millətə xidmət edəcəksiniz? Bəs siz nə vaxt ağıllanıb rüşvəti, inhisarçılığı aradan qaldıracaqsınız?

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın