Fazil Mustafa İlham Əliyevin “Qara Kassa” sına əl üzadır?

 

Millət vəkili Fazil Mustafa bu günlərdə maraqlı çıxışla yadda qalmışdır. O, Bakı Nəqliyyat Agentliyinin gördüyü işlərə etirazını bildirmişdir.
Deputatın sözlərinə görə BNA tərəfindən vətəndaşların cərimələnməsini tam qanunsuz hesab edir. Çünki həmin qurum ilk öncə vətəndaşların yolunu təmin etməli və daha sonra avtobuslar üçün yeni yollar tikməlidir. Axşam saatlarında Bakı şəhərində yol tıxacları hər zaman olmaqdadır. Bu səbəbdən də vətəndaş tələsdiyi üçün məcburən avtobus yoluna çıxır. Əlacsız vətəndaşa isə BNA tərəfindən cərimələr yazılır.

Fazil Mustafanın bu fikirləri kimləri isə narahat edə bilər. Ölkədə hər bir sahədə monopoliya olduğu kimi bu sahə də “Əliyevlər ailəsi”nə tabedir. Fazil Mustafa kimə və hara söz atdığını bəlkə unudub?

Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncamı ilə bu cür gəlirli sahələri öz ailə nəzarətinə götürmüşdür. Bundan sonra Fazil Mustafanın vəziyyətinin necə olacağı bəlli deyil. Deputatın bu çıxışı “Qara kassa” ya əl atmaq deməkdir. İlham Əliyev isə “Qara kassa”ya əl atanı heç vaxt bağışlamır.

Mikayıl Asadov.

Bunu paylaş:

Bir cavab yazın