Fəzail Ağamalı: Ramiz Mehdiyevin erməni arvadı ona divan tutardı

Milli Məclisin Deputatı, Ana Vətən partiyasının rəhbəri Fəzail Ağamalı mətbuata açıqlamasında yenidən Ramiz Mehdiyevin bostanına daş atıb. Fəzail Ağamalı qeyd edib ki, 44 günlük müharibə zamanı Ramiz Mehdiyevin səssiz qalması sonuncunun həyat yoldaşının erməni əsilli olmasıdır. O, bildirmişdir ki, hətta xaricdə yaşayan bəzi mühacirlər belə ordumuzun haqq yolunu dəstəklədiyi halda, Mehdiyev öz erməni qohumlarının törətdikləri əməllərə görə qəhrəman əsgərlərimizə bir dəfə də dəstək olmadı. Ana Vətən partiyasının rəhbəri, Mehdiyevin öz həyat yoldaşından qorxduğu üçün bunu etmədiyini bildirmişdir.
Bu yerdə qeyd etmək istərdik ki, biz xaricdə yaşayanlar bu hakimiyyətə yox Şanlı Azərbaycan əsgərine dəstək olmuşuq və olacağıq da. Sonunda isə, Fəzail Ağamalı bildirmişdir ki, əgər Ramiz Mehdiyev bu müharibədə xalqımıza dəstək olsaydı, arvadı ona divan tutardı. Bu səbəbdən susmağa üstünlük verib.

Fəzail Ağamalı bilməlidir ki, hakimiyyətdə tək erməni qohumluğu olan Ramiz Mehdiyev deyil. Təəssüf ki, kimlərinsə anası, nənəsi, qohumları erməni əsilli olanlar hələdə dövlət qrumlarında yüksək vəzifələrdə çalışırlar.

Mikayıl Əsədov.

Bunu paylaş: