Fəzail Ağamalı, ordumuza qarayaxanlar siz məmurlarsınız

Bu günlərdə Milli Məclisin altı ulduzlu deputatı Fəzail Ağamalı mediyaya açıqlamasında söyləmişdir ki, son zamanlar bəzi qüvvələr Azərbaycan ordusuna „qarayaxma kampaniyası” başlatmışdır. Fəzail Ağamalının sözlərinə görə güya Avropa və başqa dövlətlərdə yaşayanlar bu təbliğatı aparır. Yəqin ki, Fəzail Ağamalıya anlatmaq lazımdır ki, altı dəfə Milli Məclisin deputatı olan birisi kimi, nə zaman Azərbaycanı birləşdirmək üçün çalışmışlar?
Artıq 30 ildir düşmənlə üz-üzə duran qəhrəman əsgərlərimizin içində bir nəfər də olsun məmur övladı yoxdur. Görünən odur ki, dövlət xaricdən yox daxildən parçalanır. Milli Məclisin altı ulduzlu oğlanı bir daha göstərsin ki, hansı məmurların övladı cəbhədə şəhid olmuşdur?
Hər zaman şəhid olan kasıbın uşaqları olur, bu o deməkdir ki, Fəzail Ağamalı kimilər Azərbaycan ordusunda ayrı seçkilik edərək ölkəmizi parçalanmaya aparırlar.

Mikayıl Əsədov.

 

Bunu paylaş: